Azərbaycanda COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşması üzrə seminarın keçirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi bu gün Bakıda keçirilən "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) üzrə seminarın kuluarlarında jurnalistlərə deyib.
"Sabah 15 startapın iştirak edəcəyi seminar keçiriləcək. Onların arasında Azərbaycandan 11, Türkiyə və Tacikistandan isə iki layihə yer alır. Tədbir COP29 çərçivəsində şirkətlərin rəqəmsallaşmasına həsr olunacaq. Bundan başqa, seminar çərçivəsində potensialın gücləndirilməsi üzrə iki aylıq proqram başlayacaq. Proqram şirkətlərə texnologiya və məhsullarını genişləndirmək, habelə beynəlxalq bazarlara çıxmaq üçün korporativ vençur kapitalını necə cəlb etməyi öyrətmək mövzusunda təlim keçməyi hədəfləyir" - o deyib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir