BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycan iqlim məsələləri üzrə qlobal konsensusun formalaşdığı məkana çevriləcək.
“İki sahil” xəbər verir ki, bunu müsahibəsində Asiya İnkişaf Bankının (ADB) baş direktoru və sektor qrupunun rəhbəri Rameş Subramaniam (Ramesh Subramaniam) deyib.
“COP sessiyalarının qalıq yanacaqları ilə zəngin ölkələr - Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan tərəfindən ardıcıl olaraq təşkili onu təsdiq edir ki, hər iki ölkə enerji resurslarına malik olsa da, bunları digər ölkələrə ixrac etsə də, həm Bakı, həm də Əbu-Dabi iqlim dəyişikliyi ilə mübarizədə üzərlərinə öhdəlik götürür”, - o vurğulayıb.
ADB-nin baş direktoru bildirib ki, bu, şübhəsiz, belə ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə güclü öhdəliklərini nümayiş etdirir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir