23 dekabr 2017 01:19
746

Təhlükə geri qayıdır

"2015 TB145" asteroidi 2018-ci ilin noyabr ayında planetimizə yaxınlaşacaq.

"Ölkə.Az" xəbər verir ki, "Hellouin" adlandırılan asteroid ilk dəfə 2015-ci ilin Hellouin bayramında Yerin yanından ötüb.

Tünd səma cisminin ölçüsü 625-700 metrdir. Fırlanma dövrü isə 3 saatır. Maraqlıdır ki, müəyyən işıqlandırılma zamanı asteroid insan kəlləsinə oxşayır.

2015-ci ildə asteroid Yerin 486 min km yaxınlığından keçib.

Alimlər qeyd ediblər ki, asteroid 2088-ci ildə yenə də Hellouin bayramı günü planetimizin yanından ötəcək.