13 iyun 2024 15:40
149

"Borussiya" baş məşqçisi ilə yollarını ayırıb

Almaniya təmsilçisi "Borussiya" (Dortmund) klubu baş məşqçisi Edin Terziçlə yollarını ayırıb.

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, almaniyalı çalışdırıcı 2010-cu ildən "Borussiya"da müxtəlif vəzifələrdə çalışıb. O, 2022-ci ildə dortmundluların baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.