25 oktyabr 2026 23:23
119

"Roma" Alexandro Balde ilə maraqlanır

İtaliyanın "Roma" klubu "Barselona"nın (Barcelona) 23 yaşlı sol cinah müdafiəçisi Alexandro Baldeni (Alejandro Balde) heyətinə qatmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, gənc futbolçu bu mövsüm "Barselona" heyətində bütün turnirlər daxil olmaqla cəmi 28 dəqiqə (La Liqada 12 dəqiqə, Çempionlar Liqasında 16 dəqiqə) meydanda olub.

Oyun şansı artmayacağı təqdirdə Balde Kataloniya klubunu tərk etməyi nəzərdən keçirəcək və "Roma" onun vəziyyətini diqqətlə izləyir.