13 iyun 2024 15:59
235

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub

6-10 iyun 2024-cü il tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılğı ilə veteran cüdoçular arasında Avropa çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, turnirdə Avropanın 35 müxtəlif ölkəsindən 800-ə yaxın idmançı iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatda çıxış edən veteranlardan ibarət Azərbaycan cüdo milli yığma komandasının üzvü və FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı, daxili xidmət baş çavuşu Vüqar Babayev -66kq çəki dərəcəsində 3 döyüş keçirib bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalının sahibi olub.

Qeyd edək ki, Vüqar Babayev cüdo üzrə üçqat dünya, dördqat Avropa, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.

13 iyun 2024-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev idmançı ilə görüşərək qazandığı qələbəyə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.