Azərbaycan həqiqətən də COP29 gündəliyinə sadiqdir.
“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov UNFPA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunan “29 İqlim söhbətindən 10-cusu: COP29-a gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.
A.Kərimov dayanıqlı inkişaf kursunun müəyyənləşdirilməsi zamanı strateji planlaşdırmada demoqrafik meyllərlə bağlı yanaşmaların inteqrasiyasının zəruriliyini vurğulayıb: “İqlim dəyişikliyi və demoqrafik tendensiyalar arasında əlaqənin müəyyən edilməsi iqlim dəyişikliyinin təsirlərini daha yaxşı idarə etməyə kömək edir”.
Öz növbəsində, UNFPA-nın Azərbaycan üzrə ölkə direktoru Mariam Xan qeyd edib ki, iqlim dəyişikliyi doğum, miqrasiya və ölüm hallarının hər bir aspektinə təsir göstərir: “Hər bir insanın ətraf mühitə də təsiri var. Bunlar bizim şəxsi seçimlərimiz və verdiyimiz qərarlardır. Buna görə də iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir