13 iyun 2024 17:45
220

Santuşun bizim futbola da töhfə verəcəyinə inanıram - Emin Mahmudov

“Fernandu Santuş təcrübəli və böyük məşqçidir”.

“İki sahil” xəbər verir ki,  bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Neftçi” komandasının kapitanı Emin Mahmudov Fernandu Santuşun yığmaya baş məşqçisi təyin olunması barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin milli komandamızda uğur qazanacağına inandığını bildirib: “Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olub. Əldə etdiyi nəticələr son zamanlara aiddir. Düzdür, adətən ulduz futbolçularla işləyib. Bu mənada Azərbaycan yığmasında işi çətin olacaq. Bunun üçün Azərbaycan futbolu və oyunçular inkişaf etməlidir. Bununla belə, Santuşun bizim futbola da töhfə verəcəyinə inanıram”.

Qeyd edək ki, AFFA Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.