İdeal olaraq uyğun gələn daha düzgün bir xüsusiyyət şəffaflığı olsa da, bu adamı “sümüklü” də adlandırırdılar.
İvan Vladislav fon Dziarski-Orloff 1864-cü ildə Macarıstanda anadan olub. Uşaqlıqda tamamilə normal olmasına baxmayaraq, 14 yaşında bu oğlan qəribə bir xəstəliyə düçar olur. Həkimlər heç vaxt diaqnoz qoya bilmədilər. Nəticədə yetkinlik həyatının əvvəlində Orloff praktiki olaraq canlı bir skeletə çevrilir. O, yeriyə, ayaq üstə dura bilmir və bütün bədənində daim dözülməz ağrılar yaşayır. Bunun öhdəsindən gəlmək üçün Orloff tiryəkdən asılı olur.
Orloff yaşadığı müddət ərzində sümükləşmiş insan kimi tanınsa da, əslində onun vəziyyəti tam əksinə idi. Orloffun sümük sıxlığı qeyri-kafi idi, bu da onların əyilməsinə və bükülməsinə səbəb olmuşdu. Dərisi çox nazik idi və əzələlər o qədər atrofiyaya uğramışdı ki, parlaq işıqda insanlar onun damarlarından axan qanı görə bilirdilər. Üstəlik, parlaq işıq arxa tərəfdən ona vurduqda işığın isti parıltısı digər tərəfdən görünürdü.
Qəribə olsa da bir çox reklam agenti onun özünəməxsus xüsusiyyətlərini daha da bəzəyərək təqdim edirdi. Hətta, bu günə qədər bəziləri iddia edir ki, Orloff o qədər şəffaf idi ki,onun bədəninin digər tərfinə qoyulmuş qəzeti oxumaq belə mümkün idi. Bu bəyanat Orloffla bağlı ilkin reklam broşüralarından birində verilmişdi.
Nubar Süleymanova, “İki sahil”