14 iyun 2024 11:51
198

Saymon Stil: COP29-da uğur qazanmaq üçün fikir ayrılıqlarının aradan qaldırmasına daha ciddi yanaşmaq lazımdır

COP29-da uğur qazanmaq üçün fikir ayrılıqlarının aradan qaldırmasına daha ciddi yanaşmalı və mətn variantlarının müzakirəsindən praktik fəaliyyətə keçidi sürətləndirməliyik.

“İki sahil” xəbər verir ki, bunu BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still Bonn İqlim Dəyişikliyi Konfransının yekununda deyib.

Onun sözlərinə görə, bununla bağlı həddən artıq çox məsələlər həll olunmamış qalır və gündəmdə olan bir çox məsələlər hələ də razılaşdırılmalıdır.

O vurğulayıb ki, iyunda keçirilən iqlimlə bağlı görüşlərdə mütərəqqi, effektiv və elm əsaslı uyğunlaşma göstəricilərinin hazırlanması üçün addımlar atılıb:

“Biz daha yaxşı işləyən beynəlxalq karbon bazarının yaradılması istiqamətində müəyyən irəliləyiş əldə etmişik, lakin bu işi tamamlamaq üçün hələ çox yolumuz var. Biz şəffaflığı təmin etmək üçün birlikdə çalışdıq və daha iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) planlaşdırılmasında bir-birimizi dəstəklədik. Amma COP29-un keçirildiyi dövrdə daha çox iş görməliyik”.

S.Stil qeyd edib ki, iqtisadiyyatı inkişaf etmiş ölkələr inkişaf banklarının səhmdarları kimi daxil olmaqla bir çox rıçaqlardan istifadə edə bilər:

“Vaxt azdır. Biz bütün səviyyələrdə irəliləyiş əldə etməliyik. Nümayəndə heyətinin başçıları COP29-dan əvvəl nazirlərə və liderlərə real variantları təqdim etmək üçün səyləri artırmalıdır. Mən bütün hökumətləri daha iddialı milli iqlim planları hazırlamaq üçün səyləri artırmağa çağırıram”.