14 iyun 2024 16:44
308

Dövlət Su Ehtiyatları Agentliyi bayramda gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, o cümlədən İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“İki sahil” xəbər verir ki, qeyri-iş günlərində mərkəzi idarə aparatında və yerli sukanal idarələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək.

Abonentlər içməli və tullantı su şəbəkələrində yaranan problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət edə bilər.