15 iyun 2024 02:57
393

Nankor haylar sevinmək əvəzinə...

Gəmidə oturub gəmiçi ilə dava da edirlər

Əslində Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya işlərinə start veriləndə hay cəmiyyəti onu toy-bayram kimi qeyd etməli idi. Ona görə ki, Rusiya imperiyasının vaxtilə quraşdırdığı dövlətin ərazisi Azərbaycanın tarixi ərazisidir. Elə bir vəziyyət yarana bilər ki, Azərbaycan haylara "haradan gəlmisinizsə oraya qayıdın" deyib əzəli torpaqlarından qova da bilər. Onda kimin nə haqqı var ki, onu qınasın. Daşdan keçən sənədlər, müqavilələr, bizə qarşı dəfələrlə törətdikləri soyqırımları, ərazilərimizin ən müxtəlif yollarla zəbt edilməsi barədə arxiv materialları  əlimizdədir. Ancaq biz mərhəmətli xalqıq, güzəştə gedənik. Bütün bunlardan sonra yenə də ərazimizdə qalıb yaşamalarına icazə veririk. Haylar bizim kimi ediblərmi və ya edərlərmi? Qətiyyən etməzlər. Onların gözü başqalarının torpağındadır və onu ələ keçirmək üçün hər alçaqlığa və rəzalətə hazırdırlar. Axı, həmişə də bu cür sərsəm xəyallarla yaşamaq olmaz. İkinci Qarabağ müharibəsində Ermənistan darmadağın edildi, 2023-cü ildə isə Qarabağda məskunlaşmış ermənilər öz xoşları ilə çıxıb getdilər. Beynəlxalq aləm o zamanlar Azərbaycana qarşı heç bir etiraz səsi çıxarmadı. Çıxara da bilməzlər. Çünki yaxşı bilirdilər ki, Azərbaycan ədalətli müharibə aparır və öz ərazisini işğaldan azad edir. Nəhayət, Nikol Paşinyan və komandası bu həqiqəti başa düşüblər və sərhəd məsələsini rəsmiləşdirmək xətti götürüblər. İlk addımı baş nazir Nikol Paşinyan ataraq mübahisəli Tavuş sərhəd zonasına gəlib. O, bura gəlməklə hay cəmiyyətinə mesaj verib ki, "baxın, bura real Ermənistanın ilk tanınmış hissəsidir, bizim qanuni sərhədimizdir. Buna yalnız sevinmək lazımdır, etiraz etmək yox." Doğrudan da bura yüz illər boyu dövlət və sərhəd üzünə həsrət qaldığı hayların ilk rəsmi dövlət sərhədidr. Heç vaxt dövləti olmayan bir millət bunu göydəndüşmə bir nemət kimi qəbul etməlidir.

Baş nazirdən cəmi bir neçə gün sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan da həmin sərhəd zastavasına gedib. İrəvana qayıdandan sonra Tavuşda Azərbaycanla delimitasiya zonasına səfəri ilə bağlı təəssüratlarını bölüşüb.  O, Gümrüdə jurnalistlərə bildirib ki, vəziyyətlə yerində tanış olmaq üçün ayrılmış zonalardan birinə baş çəkdim: “İlk dəfə öz gözlərimlə gördüm ki, bizim öz əlimizlə qurduğumuz sərhədimiz var, yəni tikanlı məftillər var. Durbinlə görünür ki, Azərbaycan sərhədçiləri dayanıb, maşınlar gedir, yol açıqdır, mən 3 kənddən keçdim”, – Xaçaturyan bildirib. O, həmçinin qeyd edib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək üçün yeni dolama yol çəkilir: “Amma bilirsiniz ki, həyat davam edir, insanlar narazılıq etmirlər, onların problemləri həll olunur, sakinlər hakimiyyətin yanlarında olduğunu hiss edirlər”.

Ancaq xarici ölkəyə agentlik edən keşiş Baqrat Qalstanyan ağalarının məxfi tapşırığı ilə delimitasiya məsələlərini təxribat mənbəyinə çevirməyə cəhd göstərdi. Fırıldaqçı keşiş hay toplumunu baş nazirə qarşı qaldırmağa və onu təzyiqlə hakimiyyətdən kənarlaşdırmağa çalışsa da buna nail ola bilmədi. Etirazçılar isə əhalinin müdafiə etmədiyi bu adamın ətrafından qaçıb dağılışmağa başladılar. Hazırda etirazçılar günbəgün əriyib yoxa çıxmaqdadır. Polis inad göstərənlərin qol-qabırğasını sındırıb həbsxanalara doldurur. Deyilənə görə, ölən və yaralananlar da var..

Adamı təəccüb bürüyür, bu cür xəstə təfəkkürlü haylar hələ indiyədək özləri üçün nəyin xeyirli, nəyin zərərli olduğunu anlamayıblar. Amma gülməlidir ki, belə kasıb qafa ilə özlərini dünyanın ali irqi hesab edirlər. Utanmadan bu barədə miflər uydururlar. Bax, ha, qudurasan qurbağa!  Ancaq oturduğu budağı kəsənləri nə adlandırırlarsa, haylar da elə onlardandır.

Vəli İlyasov, "İki sahil"