İngiltərənin Oksford Universitetində aparılan araşdırma Mars planetində niyə su olmadığını ortaya çıxarıb.
Publika.az-ın xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, Marsın səthi süngərşəkilli olduğu üçün əvvəllər var olan su sonradan planetin mərkəzinə doğru çəkilib.
Qırmızı planetdə su və yaşayışla bağlı axtarışlar davam etsə də, elm adamları müzakirələrə son qoymuş kimi görünürlər. Marsdakı qayalar Yer planetindəkilərə nisbətən 25% daha çox su tutma potensialına malikdir. Buna görə də qayalar Marsın səthindəki suları əmir.
Araşdırmanın başçısı dr. Con Veyd axtarışlarla bağlı bunları deyib:
“Marsda planetin bazalt qabığını təşkil edən yenicə partlamış vulkanlar ilə su arasındakı reaksiya süngərə bənzər bir təsirə səbəb olub. Su ilə qaya arasındakı bu münasibət qayaların quruluşunu dəyişib və planetin səthi quruyub. Beləliklə, planet yaşayış üçün yararsız hala gəlib”.