Milyonlarla insan havanın temperaturunun artımından və quraqlıqdan əziyyət çəkir.
“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşün iştirakçılarına videomüraciətində deyib.
“İqlim dəyişikliyi səhiyyə üçün çağırışdır. İqlimlə bağlı humanitar fövqəladə halların miqyası artır. İqlim dəyişikliyi malyariya kimi xəstəliklərin yayılmasına kömək edir”, - ÜST rəhbəri bildirib.
O qeyd edib ki, iqlimlə bağlı tədbirlər hər il milyonlarla insanın həyatını xilas edə bilər.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir