Kyoto Protokolunun bağlanmasından 30 ilə yaxın müddət keçib. Geriyə baxsaq, 1997-ci ildə iqlim tullantılarının qarşısını almaq üçün ilk səylərin başladığı zamanla indiki vaxt müqayisə oluna bilməz.
“İki sahil” xəbər verir ki, bu sözləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimində deyib.
Azərbaycanın bu il COP 29-a ev sahibliyi etməsinin onları məmnun etdiyini vurğulayan İ.Serageldin bildirib: “Biz komandamızla sıx işləyirik, müzakirələr aparırıq. Biz həm Pakistanda, həm də Hindistanda 52 dərəcədən yuxarı rekord istini gördük, bu da bir insan üçün inanılmaz dərəcədə çətindir. Ümumiyyətlə, qlobal istiləşmə, iqlim dəyişikliyi bütün bəşəriyyət üçün çox ciddi problemdir”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir