Dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkməkdə davam edir.
“İki sahil” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.
O qeyd edib ki, dünya ictimaiyyəti havanın temperaturunun 1,5 dərəcəyə qədər yüksəlməsi ilə bağlı Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmir: “Statistikaya nəzər salsaq, görərik ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2023-cü il müşahidələr dövründə ən isti il olub”.
Y.Rəfiyevin sözlərinə görə, COP29 komandası tərəfləri daha qeyri-rəsmi şəraitdə toplamaq və iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etmək məqsədilə iyulun ikinci yarısında Azərbaycanda seminar təşkil etmək niyyətindədir.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir