İtaliya COP29-da yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko jurnalistlərə müsahibəsində deyib.
"İtaliya, şübhəsiz ki, COP29-da fəal iştirak edəcək. Ölkəmiz yüksək səviyyəli nümayəndə heyəti ilə bütün sessiyada təmsil olunacaq. Bu, iqlim gündəmini irəli aparmaq üçün çox mühüm hadisədir", - o deyib.
Səfir Azərbaycanı konfransa ev sahibliyi etmək kimi mühüm status alması münasibətilə təbrik edib.
"Bu tədbirin uğurlu olacağına əminik", - diplomat əlavə edib.
Qeyd edək ki, Luka di Canfrançesko bu ilin mayın 20-də İtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu vəzifəni əvvəllər Klaudio Taffuri icra edib.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir