İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir. Fikrimcə, ən sürətli, ən yaxşı yol bu cür tədbirlərin təşkilidir. Bu baxımdan Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətini vurğulamaq istəyirəm.
“İki sahil” xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının 2018-2024-cü illərdə icraçı direktoru xanım Maimuna Mohd Şərif “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda panel müzakirələri zamanı söyləyib.
"Daha yaxşı qlobal dəyişiklik üçün biz suallarımıza bu platformada cavab tapa bilirik. Xüsusilə təkrar emalda istifadə etdiyimiz bütün əşyaların iqlim dəyişikliyinə təsiri var. Daha xoşbəxt nəsil üçün təkliflərimiz çoxdur. Bunun üçün sülh mühitinə ehtiyacımız var”, - deyə o vurğulayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir