19 iyun 2024 16:55
673

Dörd hərbçimiz Türkiyədə paraşütdən tullanma təlimlərini uğurla başa vurub - VİDEO

Azərbaycan Ordusunun 4 hərbçisi Türkiyədə paraşütdən tullanma təlimlərini başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, İkinci Baş Reaktiv Baza Şəxsi Heyət Xilasetmə (PK) Təlim Komandanlığının məsuliyyəti altında keçən təlimləri həmçinin 31 kursant bitirib.