19 iyun 2024 21:34
358

Türkiyədə yanacaq tankeri partladı

Türkiyənin Adana vilayətinin Pozantı rayonunda yanacaq tankeri qarpızla dolu yük maşınına çırpılıb. Nəticədə tankerdə partlayış baş verib və yanğın digər yük maşınına keçib.

“İki sahil” "Anadolu"ya istinadən xəbər verir ki, xoşbəxtlikdən hər iki maşının sürücüsü xəsarət almadan xilas olub.

Hadisə yerinə Adana və Mersindən xilasetmə briqadaları cəlb olunub.

Yanğını təxminən 5 saatlıq müdaxilədən sonra söndürmək mümkün olub.