20 iyun 2024 00:01
292

Zabux və Sus kəndlərində selin fəsadları aradan qaldırılır - VİDEO

Dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Laçının Zabux və Sus kəndlərində yaşayış sahələrinə zərər dəyib.

“İki sahil” xəbər verir ki, hazırda həmin ərazilərdə bərpa işləri aparılır.

"Hər bir həyətdə bu gün iş gedir. Bəzi zirzəmilərə su dolmuşdu. Bu fəsadlar hazırda aradan qaldırılır. Selin basdığı yerlər bərpa olunur. Kanalizasiya, yol ötürücüləri yenidən qurulur", - deyə Sus sakini deyib.

Ətraflı Baku TV-nin süjetində: