20 iyun 2024 09:35
226

Rusiya XİN: Qərbin Cənubi Qafqazdakı gündəliyi region ölkələrinin maraqlarna uyğun deyil

Qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən “RİA Novosti”yə söyləyib.

“Region xaricində olanlar Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək”, – Qaluzin bildirib.

Diplomatın fikrincə, bölgədə təhlükəsizliyin effektivliyini “müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar”.

“Biz inanırıq ki, regional təhlükəsizliyi ən səmərəli şəkildə müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar, biz həm təhlükəsizliyin təmin edilməsi, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”, – Qaluzin deyib.

Xatırladaq ki, daha öncə Ermənistanın Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi aldığına dair məlumat yayılmışdı.

İyunun 18-də Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq.