03 avqust 2026 13:54
123

Avstriyada yay ərzində ikinci dəfə maksimal hava təhlükəsi səviyyəsi elan edilib

Avstriya hakimiyyəti ekstremal istilər səbəbindən bu yay ikinci dəfə ən yüksək - "qırmızı" hava təhlükəsi səviyyəsi elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə «GeoSphere Austria» meteorologiya xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, ən yüksək temperatur ölkənin şərqində — Aşağı Avstriya, Burgenland federal torpaqlarında və Vyanada gözlənilir. Yaxın günlərdə orada havanın temperaturu +39 °C-yə qədər qalxacaq.

Bundan əvvəl «Financial Times» qəzeti anomaliı istilərin və onların ardınca baş verən meşə yanğınlarının Avropa ölkələrinə 3 milyard avrodan çox ziyan vurduğunu bildirmişdi.

Həmçinin «Bild» qəzeti Almaniyanın 109 şəhər və dairəsində kəskin su qıtlığı səbəbindən sudan həddindən artıq istifadəyə məhdudiyyətlərin tətbiq edildiyini yazmışdı.