21 iyun 2024 01:35
345

Tərləməmək üçün nə etməli?

Mütəxəssislər iddia edirlər ki, daha az tərləmək üçün ədviyyatlardan, zülallardan və sadə karbohidratlardan imtina etməlisiniz.

Yayda biz daha çox tərləməyə başlayırıq. Ancaq bəzi insanlar sadəcə tərləmir, istidə başları, kürəkləri və boyunları islanır. Statistikaya görə, təxminən 20 nəfərdən birində hiperhidroz var. "Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində mütəxəssislər tərləmə ilə necə mübarizə aparmaqla bağlı danışıblar.

Mütəxəssislər izah ediblər ki, hiperhidroz endokrin xəstəliklər, məsələn, şəkərli diabet, həmçinin orqanizmdə gedən yoluxucu proseslər və vegetativ sinir sisteminin disfunksiyası nəticəsində yarana bilər.

Onlar bildiriblər ki, problemin təzahürlərini azaltmaq üçün pəhrizinizi tənzimləməyə dəyər: bunun üçün qida termogenezini gücləndirən proteinlə zəngin qidalar, isti ədviyyatlar, sadə karbohidratlar və şəkərlərlə zəngin qidalardan uzaq durmaq lazımdır. Tərəvəz və meyvələrə üstünlük vermək əsas şərtdir.

Nubar Süleymanova, “İki sahil”