20 iyun 2024 23:46
403

Diabetin qarşısını almaq üçün…

Sarımsağın bakterisid xüsusiyyətlərini hər kəs bilir, lakin onun qanda qlükoza səviyyəsinə də müsbət təsir göstərə biləcəyini az adam bilir.

Sarımsağın tərkibində allisin adlı maddə var. Müasir tədqiqatlar göstərir ki, həmin maddə qlükoza səviyyəsini bir qədər azaltmaq qabiliyyətinə malikdir. Rusiyalı diyetoloq Marina Makişa bu barədə "Ən vacibi haqqında" proqramında daha ətraflı danışıb.

Təcrübə zamanı 60 nəfər gündə üç dəfə sarımsaq yeyib. İki ay sonra qan şəkəri səviyyəsinin nəzarət göstəricilərində azalma baş verib.

"Bir diş sarımsaqdan maksimum allisin əldə etmək üçün onu yaxşıca əzmək və ya yaxşıca çeynəmək lazımdır. Bir mühüm nüans isə ondan ibarətdir ki, bu maddə, yəni allisin bitkinin hüceyrələrinin içərisində yerləşir, ona görə də hüceyrə membranlarını məhv etməliyik", -deyə həkim bildirib.

Nubar Süleymanova, “İki sahil”