Neftə bulaşmış tullantı ilə dolu 25 orqanik sellofan Konsulluğun nümayəndələri tərəfindən sızmanın baş verdiyi Tauranqa Limanından yığılıb
Yeni Zelandiyanın “Bay of Plenty Regional” Konsulluğu bu gün səhər sızmanın baş verdiyi Matapihi sahilindəki tullantıların səhər tezdən ərazidən təmizləndiyini və artıq iyunun 10-dan baş verən sızmanın yaranma səbəbinin axtarıldığını bildirib. Konsulluğun meneceri Stefan Melor heyətin sürətlə təmizlik işi apardığını və ərazinin bir saat ərzində tullantılardan azad olduğunu qeyd edib.
“İki sahil” newstalkzb.co.nz saytına istinadən xəbər verir ki, sızma gecə saat təxminən 4 radələrində baş verib. Konsulluq hələlik sızmanın səbəbini və mənbəyi haqda hər hansı bir məlumat verməyin tez olduğunu və sadəcə şəkillərin çəkildiyini, ərazinin təmizləndiyini və nümunələrin alındığını bildirib.