21 dekabr 2017 14:05
1668

Livanda bananlardan qeyri-adi yolka qurulub

Livanın paytaxtı Beyrut yaxınlığında yerləşən Damur şəhərində qeyri-adi Milad ağacı qurulub.

Trend-in məlumatına görə, səkkiz metr hündürlüyündə ağacın quraşdırılması üçün ümumi çəkisi 1200 kiloqram olan 5 min ədəd banandan istifadə edilib.

Bananlar yetişəndən sonra şəhər rəhbərliyi bütün meyvələri Damur sakinlərinə bağışlamağı planlaşdırır.