SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi “SOCAR Türkiyə”də Yay Təcrübə Proqramında iştirak etmək imkanı qazanıb.
“İki sahil” xəbər verir ki, onlar Leyla Həsənova, Əbil Şəfiyev, Aynur Tahirova, Nihad Səfərli, Nərmin Nusalova, Şamil Fərzalızadə, Aytac Vəliyeva, eləcə də Aytac Əmirova, Lalə Ələkbərova, Röya Məmmədova və Malik Süleymanovdur. Tələbələrin 7-si Kimya mühəndisliyi, 4-ü isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır.
BANM-in rektoru Elmar Qasımov seçilən tələbələrlə görüşüb. Onlara uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib. Rektor "SOCAR Downstream" və "SOCAR Türkiyə"nin Bakı Ali Neft Məktəbinin tələbələrinə daim dəstək göstərdiyini və məzunların işlə təmin olunduğunu vurğulayıb.
Təcrübə Proqramı iki ay davam edəcək.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR