21 iyun 2024 22:15
249

Şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur

İyun ayının 21-də YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları, Şəhid valideyinləri, ictimaiyyət nümayəndələri Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək Şəhidlik zirvəsinə ucalmış Əlizadə Tahir Qəribəli oğlunun anadan olmasının 30-cu il dönümü münasibətilə ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüşdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Tahir Qəribəli oğlu ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!