22 iyun 2024 02:35
504

Bir inci saflığı varsa da, suda...

Bir çox insan istiyə qarşı dözümsüzdür və hətta ondan qorxur. Məsələn, yüksək təzyiqli xəstələr əmindirlər ki, istidə infarkt və ya insult inkişaf edə bilər. Bəs bu, doğrudurmu? Sağlamlığınıza zərər vermədən istidən necə xilas olmaq olar? Rusiyalı həkim Aleksandr Myasnikov “Rosiya 1” telekanalında “Ən vacibi haqqında” tok-şousunda bu barədə danışıb.

Həkim qeyd edib ki, hipertoniya xəstələri üçün ən vacibi istənilən hava şəraitində həblərini müntəzəm qəbul etməyə davam etməkdir. O, həmçinin su balansına nəzarət etməyi, yəni bədənin tələb etdiyi qədər su içməyi məsləhət görüb.

"Təzyiq xəstələrinin həddindən artıq mayeyə ehtiyacı yoxdur, lakin onlar susuzluğa qarşı da həssasdırlar. Buna görə suyu balanslı şəkildə içmək, artıq içməmək lazımdır”,-deyə həkim bildirib.

Nubar Süleymanova, “İki sahil”