20 dekabr 2017 23:10
1176

Yaddaşımızı öldürən gündəlik vərdişlər

Yaşlanmağın ilkin əlamətlərindən biri yaddaşın zəifləməsidir.  Hələ dünən əzbər bildiyiniz məktəb şeirlərini bu gün artıq unutmusunuz və ya hansısa bir əşyanı hara qoyduğunuzu xatırlamırsınız və .s.  Yaddaşımızı uzun illər iti saxlamaq üçün hansı gündəlik vərdişlərdən uzaq durmalıyıq?

Günümüzdə istifadə etdiyimiz doymuş və doymamış yağlar orqanizmdə "pis" xolesterinin yığılmasına səbəb olur. Bu da beyində ateroskleroz xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər. Belə ki, xolesterin piləkləri qan dövranına və beynin fəaliyyətinə mənfi təsir göstərir. Bu kimi yağların yerinə  gündəlik rasiona yarıdoymuş yağları əlavə etmək lazımdır. Məsələn, balıq, soya, qoz və ya monodoymuş yağlardan, avokado, zeytun, günəbaxan və ya küncüt yağından istifadə etmək lazımdır.

Hesab olunur ki, intellektual işdə çalışanlar üçün şirniyyat xeyirlidir. Bu  yayılmış bir mifdir. Təbii ki, qlükoza beynin faəliyyəti üçün əvəzolunmazdır, lakin şəkərin gündəlik istifadə miqdarı 35 - 50 qramdan artıq olmamalıdır. Həddindən artıq şəkər istifadəsi beynin idrak etmə funksiyasını aşağı salaraq yeni xatirələrin formalaşmasına təsir edir.

Qlükozanı təbii mənbələrdən, o cümlədən meyvə və tərəvəzlərdən almaq olar.

Yemək yeyərkən həddi aşmaq olmaz. Aparılan eksperimentlər göstərir ki, ağır pəhrizlərə oturan qadınlarda vizual yaddaş zəifləyir.  Kaloridə özünə məhdudiyyətlər qoyan, lakin yağ, zülal və karbohidratlardan normal şəkildə istifadə edən şəxslərdə belə bir dəyişikliklər hiss olunur. Bundan başqa, işdə yaddaş pozğunluğuna ən çox səhər yeməyi qəbul etməyən insanlarda rast gəlinir.

2012-ci ildə alimlər belə bir nəticəyə gəliblər ki, nikotin təhsilə, diqqətə və qısamüddətli yaddaşa müsbət təsir göstərir. Lakin tütün məmulatının beynə olan zərəri bütün bu  müsbət cəhətləri öldürür. 43 yaşından sonra siqaret çəkən insanlarda informasiyanı şifahi şəkildə yadda saxlamaq qabiliyyəti sürətli şəkildə aşağı enir. Bundan başqa, bu zərərli vərdiş Altshqeymer sidromuna yoluxmaq riskini iki dəfə artırır.

Biz daimi yuxu pozğuluğunun nəticələri haqqında çox danışmışıq. Lakin yuxunun yaddaşa və beynə olan təsiri yalnız onun kəmiyyətindən deyil, keyfiyyətindən də aslıdır. Məsələn, həyati vacib hesab etdiyimiz melatanin hormonu təkcə yuxuda tam qaranlıq otaqda deyil, onun istehsalının pik saatı 23: 00 dan 03:00 qədərdir. Bu saat müddətində yuxu daha " məhsuldardır".

Yuxusuzluq yaddaşa, qavrama qabiliyyətinə və məhsuldarlığa mənfi təsir edir. Bundan başqa, düzgün yastıq seçin: əgər yastıq sizin onurğa sütununuzu düz saxlamırsa və başınız yuxarıda qalırsa, o zaman beyin lazım olan oksigeni qəbul etmir.

Narahatlıq  fizioloji həyəcana səbəb olur. Bu da öz növbəsində insanın özündə olan gücə şübhə yaradır. Belə olduqda isə dərrakə fəaliyyəti getdikcə azalır. Buna görə də insanlar stress vəziyyətində olan zaman tez bir zamanda sakitləşməyi öyrənməlidir.

Belə bir məsəl var: "Bir damcı dərmanda, bir fincan zəhər var".  Kofe aludəçilərini də bu məsələyə aid etmək olar. Gün ərzində 6 fincan kofe diqqət və qavrama qabiliyyətinə müsbət təsir edir. Lakin göstərilən miqdardan artıq qəbul olunan kofe ürəyə mənfi təsir edir və həyəcan hissi yaradır.

Gündəlik kofe qəbulu miqdarı 300 400 mq - dır.

Avstraliyada alimlər yüksək səslə musiqiyə qulaq asmaq vərdişi  ilə yaddaş pozğunluğu arasında qanunauyğunluq müəyyən ediblər.

İş burasındadır ki, orqanizm səs siqnallarını təhlükə kimi qəbul edir. Belə ki, qanda adrenalin və stressli vəziyyətdə olan zaman istehsal olunan kortikosteriod hormonu ifraz olunur. Bu zaman beyində yaddaşa cavab verən hissələrin aktivliyi azalır. Buna görə də, yüksək səs altında musiqiyə qulaq asmaq yaxşı vərdiş hesab edilmir.

Könül Əliyeva, “İki sahil”