25 iyun 2024 02:36
442

Süni intellekt xərçəngə qarşı peyvənddə iştirak edəcək

Yaxın gələcəkdə xərçəngə qarşı peyvəndlər fərdiləşdiriləcək. Onun hazırlanmasında süni intellekt iştirak edəcək. Bunu Rusiyanın Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

"Hazırda bu işə bütöv bir laboratoriya cəlb edilib və onlar yüksək peşəkar, beynəlxalq səviyyədə proqram təminatı hazırlayırlar", - RİA Novosti mikrobioloqdan sitat gətirib.

Mütəxəssisin sözlərinə görə, peyvənd hər bir xəstə üçün fərdi olaraq hazırlanacaq. Süni intellektdən istifadə edərək, onlar şişin parametrlərini təhlil edəcək və gələcək dərmanın "planını" hazırlayacaqlar. Bundan sonra mütəxəssislər bir həftə ərzində fərdi peyvənd edəcəklər.

 Xatırladaq ki, daha əvvəl açıqlanmışdı ki, xərçəng xəstəsi olan xəstələrin iştirak etdiyi xərçəng peyvəndinin klinik sınaqlarına 2025-ci ilin ortalarında başlanılacaq.

Nubar Süleymanova, “İki sahil”