24 iyun 2024 23:34
488

Hansı antibiotiklərin qəbulu zamanı spirtli içkilər içmək olmaz?

Rusiyalı həkim Aleksandr Myasnikov “Rossiya 1” telekanalında yayımlanan müəllif proqramında antibiotiklərdən istifadənin səhvlərindən danışıb.

Aleksandr Myasnikov xəbərdarlıq edib ki, antibiotikləri nəzarətsiz qəbul etmək olmaz. Çünki bizdə onlara qarşı müqavimət yaranır və nəticədə əvvəllər müalicəsi mümkün olan xəstəliklərə qarşı müdafiəsiz qalırıq.

İkinci səhv antibiotik qəbul edərkən spirtli içki qəbul etməkdir. Bununla belə, həkim açıqlayıb ki, yalnız iki növ antibiotik spirtlə uyğun gəlmir. Birincisi, “Helicobacter pylori” infeksiyası, cinsi yolla keçən infeksiyalar və dişlərin müalicəsində istifadə edilən metronidazoldur. Bu antibiotik alkoqolizm dərmanı nisulfiram kimi hərəkət edir, yəni şiddətli qusmaya səbəb olur. İkincisi bəzi sefalosporinlərdir: sefalosporin, seftriakson və s. Bundan əlavə, hər hansı bir spirt infeksiya və iltihabı artırmaq xüsusiyyətinə malikdir. “Xəstə olduğunuz halda, əgər siz özünüzü artıq pis hiss edirsinizsə, alkoqolla vəziyyəti ağırlaşdırmamaq daha yaxşı olar”, -deyə həkim fikrini tamamlayıb.

Nubar Süleymanova, “İki sahil”