20 dekabr 2017 00:37
791

Anoreksiyadan əziyyət çəkən qızın son halı

Emel Lyuis 15 yaşı olanda sevgilisi olmadığı üçün özünü çirkin və gombul hiss edib.

"Ölkə.Az" xəbər verir ki, anoreksiya xəstəliyinə düçar olan qız arıqlayaraq uşaq paltarları geyinməyə başlayıb.

"The Sun" qəzetinin xəbərinə əsasən, yeddi dəfə xəstəxanaya yerləşdirilən Lyuis vəziyyətinin normal olduğunu düşünüb: "Xəstə olanda bunu normal qəbul edirdim. Çəkimi qoruya biləcəyimə və normal həyat yaşayacağıma inandım. Qida qəbul etmək istəmirdim. Gündə iki dəfə 30 dəqiqəlik gəzinti,hər səhər isə yoqa və abdominal idmanı ilə məşğul olurdum. Saat 04:00-dan sonra oturmurdum".
Emel anoreksiya diaqnozundan sonra müalicəni qəbul etməyib: "Elə bilirdim ki, hamı mənə qarşı çıxır. İnsanların mənə yalan söylədiklərinə və həyatımı məhv etməyə çalışdıqlarına inandım".

Lyuis arıq qalmaq üçün kalorisiz qidalar qəbul edib və yuxudan əvvəl salat və meyvə yeyib.

Amma bir müddət sonra səhv yolda olduğunu anlayan 22 yaşlı qız ölmək istəmədiyini başa düşüb və müalicə olunmaq istəyib. Müalicədən sonra Emel Lyuisi tanımaq çox çətin olub.