SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbin istehsalat təcrübəsinə gedən tələbələri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, rektor tələbələrə tapşırıq və tövsiyələrini verib. Ölkədə təhsil sahəsində yaradılan şəraitin gənclərə böyük imkanlar açdığını, eləcə də onlara nüfuzlu qurum və şirkətlərdə təcrübə keçmək hüququ qazandırdığını bildirib.
Ümumilikdə BANM-in Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Biznesin idarə edilməsi və İnformasiya təhlükəsizliyi ixtisaslarından 656 tələbə istehsalat təcrübəsi keçəcək.
Onlar SOCAR-ın 15 fərqli müəssisə və zavodunda, o cümlədən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos), İdarəetmə Sistemləri İnstitutu, Naxçıvan MR İqtisadiyyat Nazirliyi, “Paşa Sığorta” ASC, "AzerGold" QSC, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Deloitte Azerbaijan”, bp, Unibank, “Avrora Qrup”, “Ernst & Young Holdings”, “Norm” ASC, “PMD Group” MMC, "AzəriMed" QSC, Okinava Elm və Texnologiya İnstitutu, “Emerson Process Management”, ATENAU LTD, “SAHA Robotik ve Teslimat Teknolojileri Anonim Şirketi”, Ceyranbatan Su Təchizat İdarəsi, “Expressbank” ASC, “Caspian Innovation Center” MMC kimi yerli və xarici qurum və şirkətlərdə təcrübə qazanacaqlar.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR