28 iyun 2024 01:35
545

Hansı hallarda masaj ziyandır?

Bir çox insanlar bədənin müxtəlif hissələrini masaj etdirməyi sevirlər. Bəziləri profilaktik məqsədlər üçün, bəziləri isə terapevtik məqsədlər üçün masajdan istifadə edirlər. Bəs nə qədər tez-tez masaj etdirə bilərsiniz? Bunun əks göstərişləri varmı? Rusiyalı reabilitasiya həkimi Sergey Aqapkin "Rosiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq şousunda bu suala cavab verib.

Həkim qeyd edib ki, masajın müxtəlif növləri var və hər birinin özünəməxsus əks göstərişləri ola bilər. Ümumi əks göstərişlərə gəldikdə bunlar, məsələn, bəzi ürək problemləri, damarlarda qan laxtalanması və bəzi dəri xəstəlikləridir.

Ümumiyyətlə, adi sağlamlıq masajı bərpaedici təsirlər kateqoriyasına aiddir. “Yəni bunu gündəlik etsəniz, heç bir zərəri yoxdur”,-deyə Sergey Aqapkin qeyd edib.

Nubar Süleymanova, “İki sahil”