SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-də 2023/24 tədris ilinin yaz semestrində mübadilə proqramında təhsil almış əcnəbi tələbələrlə görüşüb.
“İki sahil” xəbər verir ki, onlar Turin Politexnik Universitetindən Villy Cospin Kemteu Doumtsop, Tümen Sənaye Universitetindən Evelina Unrau, eləcə də Atırau Neft və Qaz Universitetindən Asxat Abuzhait və Şarbanu Tilekkabilova, Qazaxıstan-Britaniya Texniki Universitetindən isə Dulat Jantassov və Jalgas Salamatovdur.
Görüş zamanı rektor təhsili uğurla başa vuran və ölkələrinə qayıdan tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
Eləcə də tələbələr yaradılan şəraitdən məmnunluqlarını və tədrisin yüksək səviyyədə həyata keçirildiyini bildiriblər. Səmimi görüşə görə rektor Elmar Qasımova təşəkkür ediblər.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR