28 iyun 2024 12:07
178

Bayden başqa namizədlə əvəzlənəcək?

ABŞ-da keçirilən seçki debatlarını izləyənlərin üçdə ikisi keçmiş prezident Donald Trampı ölkənin hazırkı rəhbəri Co Bayden üzərində qələbə qazandığını düşünür.

“İki sahil” xəbər verir ki, bunu CNN-in keçirdiyi sorğu təsidləyib.

CNN-in sorğusuna əsasən, respondentlərin 67%-i Trampın debatda qalib gəldiyinə inanır, yalnız 33%-i qələbəni Baydenə verib.

Sorğuda debatı izləyən 565 qeydiyyatdan keçmiş seçici iştirak edib. Tədqiqat SMS mesajları göndərməklə həyata keçirilib. Bundan əvvəl “Politico” qəzeti bildirmişdi ki, ABŞ Demokratik Partiyası noyabrda keçiriləcək prezident seçkilərində Baydeni başqa namizədlə əvəzləmək imkanını nəzərdən keçirir.