30 iyun 2024 21:42
150

Kumbel zirvəsində əməliyyat - İtkin düşmüş 7 yeniyetmə xilas edilib

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Almatı yaxınlığında dağlara çıxan, lakin özbaşına enə bilməyən 7 yeniyetməni xilas ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Xilasetmə əməliyyatı Kumbel zirvəsində baş verib.

Bildirilir ki, 13-17 yaş arası gənclər zirvəni fəth etmək istəyiblər.

Yeniyetmələr artıq özbaşına enə bilməyiblər, onlara kömək etmək üçün xilasedici dəstə göndərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”