Onlar həmişə seçkilərə hazır olmasalar da, ağalarının "zakazı" ilə oynamağa hazırdırlar
Otuz iki il az müddət deyil, “bir igidin ömrüdür” deyirlər. Bu qədər müddətdə südəmər uşaq böyüyb gövlət xadimi, siyasətçi, general, alim, nazir və s. ola bilər. Di gəl ki, bizim əlindən bir iş gəlməyən radikal müxalifətçilərimiz keçən otuz iki ildə bir qırıq da inkişaf edə bilməyiblər. Bunlar hər şeyi “papanın gül balası” kimi hazır istəyirlər. Ancaq istəmək inkişafın əlifbasıdır. Məqsədə doğru addım atmaq isə tamamilə yaddan çıxıb. Bunlar iki ayaqlarını zorla bir başmağa soxub boylarından yuxarı iddialarla vaxtlarını küləyə verirlər. Siyasi kütbeyinliklərini gizlətmək üçün ortaya bir məsələ çıxanda “biz hələ hazır deyilik” deyib şərə, böhtana, iftiraya əl atırlar. Ancaq ondan da bir şy çıxmır, çünki kökü-köməci yoxdur. Əgər hazır deyillərsə, onda otuz iki ildə nə ilə məşğul olublar? Hər şeyə mız qoyan bu adamlar daha bəhanə gətirə bilməzlər ki, iqtidar onların düşünməyə də qoymurdu.
Heç şübhəsiz ki, bu cür davranışlar onların siyasətdə olmalarının əsl məqsədlərini ifşa edir. Radikal təfəkkür sahiblərinin siyasətdə mövcudluğunun məqsədi manipulyasiya və siyasi alverdir. Demaqoq siyasət dəllallarının çirkli oyunlarının alətinə çevrilməmək üçün bu sadə həqiqəti hər kəs bilməlidir.
Otuz iki illik dağıdıcı müxalifət tərəfindən “seçkilərə hazır deyilik” kimi bəyanatların verilməsi sadəcə siyasi məsuliyyətsizliyin əlaməti deyil, bu cür davranış eyni zamanda az sayda olsa belə tərəfdaşlarına qarşı olan hörmətsizliyin təzahürüdür. Elə ona görə də, bu cür yola düşmüş alverçi təfəkkürlü tiplərin "siyasət bazarında" öz mövcudluqlarını qorumaq üsulu cəmiyyətdə ixtilaf yaradaraq müxtəlif manipulyasiyalar vasitəsilə siyasi dividendlər qazanmaqdır. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə 32 il ərzində seçkilərdə iştirak etmək üçün özündə güc və potensial tapmayan radikallar nədənsə bütün qalmaqallarda və təxribatlarda aktiv olmağı bacarırlar. Bu da onların öz başlarının məhsulu deyil, okeanın o tayından-bu tayından yazılıb göndərilən ssenarilərə əməl etmələridir. Düşündürücü reallıqdır. Bu cür adamlar həqiqəti gizlətmək üçün sadə insanların hissləri ilə oynayaraq yalançı emosiyalar vasitəsilə reallıqları ört-basdır etməyə çalışırlar. Ancaq dəvəquşu başını kola soxsa da bədəni üzdə qalır. AXCP sədri Əli Kərimlinin, onun müavini Fuad Qəhrəmanlının, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədlinin, "Milli Şura"nın sədri Cəmil Həsənlinin və qeyrilərinin "nala-mıxa" döymələrindən bu, açıq görünür. Türk qardaşlarımız belələri barədə bircə kəlmə deyirlər: "beceriksizlər.
Dediyimiz kimi, bunlar seçkilərə heç vaxt hazır olmayıblar və heç olmayacaqlar da. Çünki hazır olmaq üçün birinci növbədə xalqın dəstəyini qazanmalıdırlar. O dəstək isə əvvəldən olmayıb və indi də yoxdur. Əlləri xaicdəki ermənipərəst day-daylarının cibində olanlara kim dəstək verər ki? Qələbələrimizə yas tutanlar indi hansı üzlə ortaya çıxa bilərlər? Ya üzübərklik edib çıxsalar onlara kim əhəmiyyət verər? Onlar üçün ən yaxşısı özgələrə lakeylik edib ciblərini haram pullarla doldurmaqdır. Onlar artıq çoxdan bu yoldadır. Hətta övladlarını da bu yola salıblar. Nə edirlər, etsinlər, can da, cəhənnəm də özlərinindir. Ancaq Vətəndən, azadlıqdan isə danışmağı özlərinə yasaq etməli, xalqın müqəddəs hissləri ilə oynamamalıdırlar. Çünki onların süzdükləri oyun havalarının sifarişçiləri pullu ermənilər və onların pərəstləridir.
Qısaca desək, dağıdıcı müxalifət hər vaxt seçkilərə hazır olmasa da, ağalarının "zakazı" ilə oynamağa hazırdır.
Vəli İlyasov, “İki sahil”