Bakının Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) və Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinə qədər) aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir.
"İki sahil" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri çərçivəsində hər iki prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunur.
Təmir işlərinin son mərhələsində sözügedən ərazilər üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər