02 iyul 2024 17:03
191

Azad edilmiş ərazilər və Naxçıvandakı seçki məntəqələrini diqqətdə saxlamayıq - Məzahir Pənahov

Azad edilmiş ərazilər və Naxçıvandakı seçki məntəqələrinin təchiz olunmasını, tələblərə cavab verməsini diqqətdə saxlamayıq. Məndə olan məlumata görə, Naxçıvanda seçki məntəqələrinə bir sıra problemlər var.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, lazım olsa, Naxçıvana nümayəndə göndərərik: “Məntəqələrdə yerində nə lazımdır, sənədləşdirərik. Azad edilmiş ərazilər və Naxçıvan bizim hər zaman diqqət mərkəzimizdədir”.