04 iyul 2024 15:05
304

Azərbaycan-Çin münasibətlərinin inikişafı hər iki ölkə üçün vacibdir - Azər Həsrət

Bildiyimiz kimi, Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib. Görüşdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunub . “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”qəbul edilib.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında siyasi ekspert Azər Həsrət bildirib ki, Çin Xalq Respublikası ilə Azərbaycan dövlətinin münasibətlərinin olduqca yüksək səviyyədə olması Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin daha bir göstəricisidir:  “Çinlə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olması, qarşılıqlı münasibətlərin heç bir problemə söykənməməsi ondan xəbər verir ki, Azərbaycan-Çin münasibətlərinin inikişafı hər iki ölkə üçün də vacibdir. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır."

Ekspert qeyd edib ki, illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib, sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaqla, son illər həm də geniş vüsət almağa başlayıb. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Azər Həsrət  vurğuladı ki, Azərbaycanla Çin arasında əlaqələrin bu cür ardıcıl inkişafı həm də sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir.

Nigar Orucova, “İki sahil”