02 iyul 2024 17:33
169

e-Polis mobil tətbiqinin yüklənməsi 100 mini keçib

e-Polis mobil tətbiqinin PlayStore-də yüklənməsi qısa müddətdə 100 mindən çox olub.

“İki sahil” xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

Ekspertin sözlərinə görə, komanda zaman-zaman bu əhəmiyyətli resursda yenilənmələr də aparır. Bununla bağlı sonuncu yenilənmə isə may ayında olub, bəzi yeniliklər edilib:

“Bildiyim qədəri ilə “102 SOS” xidmətinin də (təhlükə ilə bağlı ən yaxındakı polis patruluna mesaj göndərilməsi, polisin geri dönüş imkanı və s.) e-Polisə inteqrasiyası üzərində işlər aparılır”,-ekspert qeyd edib.

Xatırladaq ki, e-Polis-dən bir sıra əhəmiyyətli xidmətlər, arayışlar və məlumatlar əldə etmək olar:

- məhkumluq haqqında arayış

- 102 xidmətə onlayn müraciət (Virtual -102)

- avtomobilin yüklü olub-olmaması haqqında arayış

- DYP cərimələri üzrə müraciət

- etibarnamə üzrə müraciət

- şəxsin özü haqqında məlumat və s.