02 iyul 2024 18:45
187

Putin İlham Əliyevlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.