02 iyul 2024 18:47
167

Daşkəsən rayonunda sel müşahidə olunur

Daşkəsən rayonu ərazisindən axan çaydan sel keçir.

“İki sahil” xəbər verir ki,  bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisindən axan Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsində iyulun 2-də saat 17:30-dan başlayan güclü leysan xarakterli yağıntı nəticəsində çayda sel müşahidə olunur.