02 iyul 2024 19:31
181

Ağalı kənd məktəbinin direktoru vəzifəsindən niyə azad edilib?

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub.

“İki sahil” xəbər verir ki, o, səhhətində yaranan problemlə əlaqədar öz ərizəsi əsasında ixtisası üzrə müəllim kimi saxlanılmaqla tutduğu vəzifədən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən faktı "Report"a təsdiqləyiblər.

Bildirilib ki, direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Aslanlı Sahilə həvalə olunub.