02 iyul 2024 23:58
176

FHN yanğınla bağlı məlumat yaydı

Bakı şəhəri, Xətai rayonu, Abdulla Rəhim küçəsində obyektdə yanğın baş verib

“İki sahil” xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb. Məlumatfa qeyd edilir ki,  Nazirliyin 112 qaynar xəttinə Xətai rayonunun Abdulla Rəhimov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınların müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.