Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi şəhərdaxili yol infrastrukturunun yenidən qurulması tədbirləri çərçivəsində Bakı şəhərində 32 ünvanda istismar müddəti başa çatmış içməli və tullantı su xətlərinin yenilənməsi layihələri həyata keçirir.
"İki sahil" quruma istinadən xəbər verir ki, ötən müddətdə paytaxtın 18 küçə və prospektində su və kanalizasiya sistemlərinin dəyişdirilməsinə başlanılıb.
İndiyə qədər bu sahədə işlərin böyük hissəsi icra edilib və bəzi ünvanlarda layihələrin icrasına hazırlıq görülür. Paytaxtın əsas magistral avtomobil yollarından sayılan 8 Noyabr prospektində uzun illər istismar olunan içməli su və kanalizasiya xətlərinin dəyişdirilməsi intensiv qaydada davam etdirilir.
Hazırda dəyişdirilən su kəmərləri uzun müddət istismar olunduğuna görə potensial qəza riskləri yaranırdı. 8 Noyabr prospektinin Nizami parkından Corat küçəsinə qədər olan hissəsində 2,8 km su xəttinin inşası yekunlaşmaq üzrədir. Eyni zamanda Əbilov küçəsi ilə kəsişmədən başlayaraq 8 Noyabr prospektinin sonuna qədər 600 metr magistral su xəttinin tikintisi yekunlaşıb və şəbəkəyə qoşulma işləri aparılır. Yeni su xətlərinin çəkilməsi ətraf ərazilərin içməli su təchizatını yaxşılaşdıracaq.
8 Noyabr prospektindən keçən kanalizasiya kollektorunun uzun müddətdir istismar olunan hissəsi dəyişdirilib. Bu məqsədlə Zığ nasos stansiyasından Nargilə dairəsinə qədər 1200 mm diametrli borularla 700 metr uzunluğunda yeni kollektor inşa edilib. Tədbirlər Planında nəzərdə tutulan işlərin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
Aİ qaz idxalının təsdiqi qaydalarını yumşaldır, Azərbaycan və Rumıniya üçün yeni imkanlar yaranır
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Azərbaycan 2 ayda Türkiyədən geyim idxalına 9,5 milyon dollara yaxın vəsait xərcləyib
Serbiya 2040-cı ildən sonra nüvə elektrik stansiyalarının ümumi gücünü 1 000 MVt-a çatdıra bilər