07 iyul 2024 00:39
661

Türkiyədə toya futbol fasiləsi

Türkiyədə şadlıq sarayında toy edən cütlük Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində Niderland - Türkiyə milli komandalarının oyununu izləmək üçün mərasimə fasilə veriblər.

“İki sahil” xəbər verir ki, Tokatda evlənən Elif və Mert Üner Milli Futbol Komandasının həyəcanını paylaşıb.

Yerli vaxtla saat 22.00-da (Bakı vaxtı ilə saat 23.00-da) başlayan matçla əlaqədar toya fasilə verən cütlük və qonaqlar zalda quraşdırılan ekranda bütün diqqətlərini milli futbol komandasının Niderland ilə oynadığı matça yönəldib.

Ailə quran Mert Üner milli matçı çox izləmək istədiklərini ifadə edərək, "Milli matçı çox izləmək istəyirdik. Toyumuza gələn qonaqlarımızın da bunu istədiyini gördük. Bu səbəbdən Qarşılaşmanı ekrana əks etdirməyi düşündük. İnşallah, bu gün qalib gəlsək, bizim üçün ikiqat xoşbəxtlik olar”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”